Paralimpiya Oyunları: Azərbaycanın iki cüdoçusu qızıl, biri bürünc medal üçün mübarizə aparacaq

302

Namiq Abbaslı təsəlliverici görüşdə əvvəlcə Luis Xabdiel Peresi (Puerto Riko), daha sonra Viktor Rudenkonu (Rusiya) məğlub edərək bürünc medal görüşünə vəsiqə qazanıb. Bəsti Səfərova isə təsəlliverici yarışda Nataliya Nikolayçuka (Ukrayna) uduzaraq medalsız qalıb.

Beləliklə, Tokio vaxtı ilə axşam seansında Azərbaycanın iki cüdoçusu – Vüqar Şirinli və Şahanə Hacıyeva final, Namiq Abbaslı bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

08:29

Daha bir cüdoçumuz finalda mübarizə aparacaq. Şahanə Hacıyeva Viktoriya Potapovanı (Rusiya) ipponla məğlub edərək finala vəsiqə qazanıb.

08:21

Vüqar Şirinli finala çıxıb. O, Aleks Boloqaya (Rumıniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib.

07:39

Azəbaycan cüdoçuları Tokio Paralimpiya Oyunlarında mübarizəyə qoşulub.

Oxu.Az-ın xəbərinə görə, bu gün dörd cüdoçumuz yarışır.

Qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq) meydan sahibi idmançısı Şizuka Hanqaya (Yaponiya) ipponla qalib gəlib.

Bəsti Səfərova (-52 kq) Yui Fucivara (Yaponiya) ilə qarşılaşıb və məğlub olub. O, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq.

Kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq) Rəcəp Çiftçini (Türkiyə) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Namiq Abbaslı (-66 kq) 1/4 finalda Serxio İbanyes Banona (İspaniya) uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.