KİV: “Taliban” müğənni Favad Andarabini öldürüb

307

“Taliban” Hərəkatının silahlıları dünən əfqan müğənni Favad Andarabini öldürüb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə “Times Now” telekanalı müğənninin qohumlarına istinadən məlumat yayıb.

Müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər. Müğənninin oğlu hadisəni təsdiqləyib.

Müğənni Favad Andarabi mahnılarında “Taliban” Hərəkatının əleyhdarlarını dəstəkləyib. Eyni zamanda “Taliban” liderləri musiqini islama zidd sayırlar.