Yeddi ayda 16 493 nəfərə proaktiv qaydada pensiya təyinatı aparılıb

531

2021-ci ilin yanvar-iyul ayları ərzində 16 493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə SosialMedia.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 56,2%-ni kişilər, 43,8%-ni isə qadınlar təşkil edib.