DSX-yə yeni mətbuat katibi təyin edildi

177

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzində kadr təyinatı olub.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev Xidmətin mətbuat katibi vəzifəsinə təyin edilib.

DSX-nin Mətbuat Mərkəzi faktı təsdiqləyib.