Ölkəmizdə benzin bahalaşdı – SOCAR səbəbini açıqladı

234

Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır.

Sosialmedia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi – SOCAR Petroleum QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Xatırladaq ki, bu gündən sözügedən yanacaq növlərinin 1 litri müvafiq olaraq 1,9 manata və 1,6 manata satılır.