Müalicəm üçün əlil arabamı satmağa məcburam

604

Müalicəm üçün əlil arabamı satmağa məcburam.

Sosialmedia.az bidlirir ki, Bunu Axar.az-a açıqlamasında 35 yaşlı I qrup əlil İlham Kamil oğlu Dadaşov deyib.

“2006-cı ildə Tərtərdə hərbi xidmət zamanı öz diqqətsizliyimə görə yıxılaraq onurğamı bərk zədələdim. Həmin vaxtdan ağrılarım şiddətlə artdı. Getdikcə yerimə qabiliyyətimi itirdim. 110 manat Prezident təqaüdü, 230 manat pensiya alıram. 50 manat da I qrup əlil kimi sosial yardım alıram. Atam Qarabağ qazisidir. Yaşat Fonduna əlilliyimlə bağlı müraciət etdi. Lakin hərbi xidmət zamanı zədələnməyimlə bağlı heç bir sənəd olmadığı üçün Fonddan müraciətimizə cavab gəlmədi”, – əlil bildirib.

İlham Dadaşov deyib ki, dördmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayır və lift olmadığı üçün qalxıb düşməkdə əziyyət çəkir:

“Atam usta gətirdi ki, pilləkənə pandus düzəltsinlər. Lakin binanın pilləkəni pandus üçün uyğun deyil. Qardaşım hər gün məni qucağında 3-cü mərtəbədən düşürür. Ürəyim dözmür. Bəzən bezib intihar həddinə çatıram. İki azyaşlı övladım qarşımı kəsir. Hər gün bir ümidlə dözüb dayanıram. Heç nə istəmirəm. Fərdi evim olsun. Qardaşım mənim üçün çəkdiyi əziyyətdən qurtulsun”.