Prezident sülhməramlıların rolundan danışdı

195

Rusiya sülhməramlılarının Qarabağdakı situasiyanın stabilləşməsində rolu çox vacibdir.

Sosialmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalında müsahibəsində deyib.

“İndi bizdə yeni mərhələdir, mən deyərdim ki, Qarabağ regionunda Rusiya sülhməramlılarının yerləşməsi nəzərə alınarsa, kontaktlar daha aktiv, qarşılıqlı fəaliyyət daha sıxdır. Təbii ki, bu mövzu həmçinin daima gündəmdədir və qeyd etməliyəm ki, təxminən bir il keçib və hər şey ştat rejimində, problemsiz, tam qarşılıqlı anlayış, qarşılıqlı fəaliyyət şəraitində gedir. Biz rusiyalı sülhməramlıların situasiyanın stabilləşməsi ilə bağlı fəaliyyətini yüksək qiymətləndiririk. Bu, stabilliyin vacib faktorudur”, – Prezident bildirib.