İctimai Şura və Ekspert qrupu üzvlərinin birgə fəaliyyəti müzakirə olunub

370

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:51 25.09.2021

Sentyabrın 25-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib. İclasın keçirilməsində məqsəd İctimai Şura üzvləri ilə yeni yaradılan Ekspert qrupunun tanışlıq və birgə fəaliyyətin müzakirəsi olub.

Sosialmedia.az bildirir ki, İctimai Şuranın sədri Gəray Əlibəyov İctimai Şuranın fəaliyyət istiqamətləri, mədəni dəyərlərimizin mühafizəsində vətəndaş cəmiyyətinin rolu və dəstəyi, ictimaiyyətlə əlaqələrin daha sıx qurulması, fəaliyyət planı haqqında məlumat verib.

Ekspert qrupunun üzvü, xalq artisti Vidadi Həsənov özəl teatrlarla birgə festivalın keçirilməsini və fəaliyyətlərinə şəraitin yaradılmasını bildirib.

Çıxışlar zamanı İctimai Şura üzvləri və Ekspert qrupunun birgə səmərəli fəaliyyətin ictimai nəzarətin həyata keçirilməsində rolu diqqətə çatdırılıb.

Daha sonra ictimai əlaqələrin qurulmasına dair təkliflər səsləndirilib, ictimai dinləmələrin keçirilməsi mexanizmi müzakirə edilib.

Bildiririk ki, Ekspert qrupunun tərkibinə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri təmsil olunur.

Toplantıda iştirak edən professor Sevda Tahirli,əməkdar artist Azad, Şükürov,əməkdar artist Mirzə Ağabəyli və mədəniyyət xadimi Cahangir Səlimxanov və digər iştrakçılar çıxış edərək yeni təkliflər irəli sürərək ekspert qrupuna və İctimai Şuranın üzvlərinə uğurlar diləmişlər.