Gəncədə 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

201

Gəncədə 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

Sosialmedia.az xəbər verir ki, tədbirlərdə Quru Qoşunları komandanı, general-mayor Ənvər Əfəndiyev də iştirak edir.

Gəncənin Şəhidlər Xiyabanı ziyarət olunub, Əbədi məşəl abidəsinin önünə əklil qoyulub. Gəncənin İmamzadə türbəsində şəhidlərin ruhuna dua oxunub. Şəhidlər Xiyabanı ziyarət edildikdən sonra Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilər ziyarət olunub.

Daha sonra isə Gəncənin Heydər Əliyev Park-Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutub.