Müavinətin verilməsi niyə “5 uşağa” qaldırıldı?

314

Azərbaycanda çoxuşaqlı ana və atalara sosial müavinətin verilməsi qaydası dəyişməsəydi, daha yaxşı olardı. Mən 3 uşağı olan valideynlərin uşağı tək böyütdüyü üçün sosial müavinət almasının tərəfdarıyam.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bu dəyişikliyin hansı əsasla qəbul edildiyini dəqiq deyə bilməz:

“Yəqin ki, müəyyən əsasları var, onu araşdırmaq lazımdır. Biz bunu araşdırıb, necə əsaslandırıldığını müəyyənləşdirəcəyik. Əgər tutarlı əsas olmasa, bu məsələni Milli Məclisdə qaldıracağıq”.