Afinanın Türkiyəyə qarşı planı budur – Şahin

133

Cənubi Kiprin və Yunanıstanın məqsədi Avropada Türkiyəyə qarşı bir cəbhə qurmaqdır. Bu məqsədlə mümkün olduğu qədər daha çox Avropa dövlətini öz qurduqları oyuna daxil etmək istəyirlər.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Hacı Bayram Vəli Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi İsmayıl Şahin deyib.

“Cənubi Kipr və Yunanıstan Aralıq dənizinin şərqində gərginliyi artırmaq üçün öz kirli planlarından əl çəkmirlər. Türkiyənin Hərbi Dəniz Qüvvələrinin müdaxilə etdiyi son hadisəyə diqqət yetirsək, Cənubi Kiprin Malta bayrağı altında üzən, lakin İtaliyaya aid olan bir gəmi ilə yeni böhran yaratmaq istədiyini görə bilərik. Beləliklə, məqsəd həm Maltanı, həm də İtaliyanı böhrana cəlb etməkdir. Bu səbəbdən Türkiyə davamlı olaraq üçüncü ölkələri Yunanıstan və Cənubi Kiprin qurduğu oyundan xəbərdar edir. Bu təktərəfli fəaliyyət cəhdləri və təxribatlar Türkiyəni öz haqlı mövqeyindən geri addım atmağa məcbur edə bilməz. Bütün bunlar bölgədə vəziyyəti gərginləşdirməkdən, sülhü və sabitliyi təhdid etməkdən başqa bir işə yaramır”, – Şahin bildirib.