Yeniyetmələrə bu halda vaksin vurula bilər – Video

158

Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.

Sosialmedia.az Xezerxeber.az-a istinadən xəbər verir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə “Pfizer” peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib.

Beləliklə, yaşı 18-dən kiçik olan 12-15 yaşlı uşaqlar da peyvənd olunacaqlar. Bunun üçün hər iki valideynin razılığı şərtdir.

Valideynlərin isə uşaqların vaksinasiyası ilə bağlı fikirləri birmənalı deyil.

Qeyd edək ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.