9 ayda 3 tondan artıq narkotik müsadirə edildi

149

Bu ilin 9 ayı ərazində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində 6420 fakt aşkarlanıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Aşkar olunan faktlardan 2206 satış, 3763 saxlama, 393 kultivasiya-əkin və 58 digər hallar olub. Ümumillikdə 2 ton 773 kiloqram narkotik, 230 kiloqram psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.