Bu ərazilərdə pensiyalar ödənildi

287

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarını ödəyib.

Sosialmedia.az bildirir ki, Fonddan Axar.az-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.