Xəqani Əsgərov vəzifəsindən azad edilib

88

Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.

Sosialmedia.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Xəqani Əsgərov da, Vüqar Orucov da Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.