STEM+ART Rəqəmsal incəsənət dərslərinin dərsdənkənar tədrisi və şagirdlərin layihə olimpiadalarına hazirlanması” layihəsinin rəsmi açilişı keçirildi

222

SosialMedia.az xəbər verir ki, Baki şəhəri 74 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasi Təhsil Nazirliyin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş məktəbin ibtidai sinif müəllimi Ağayeva Xəyalənin “STEM+ART Rəqəmsal incəsənət dərslərinin dərsdənkənar tədrisi və şagirdlərin layihə olimpiadalarına hazirlanması” layihəsinin rəsmi açilişı keçirilmişdir.

Tədbirdə məktəbin direktoru Murad Zeynalov,layihənin eksperti Ramil Süleymanov və layihə rəhbəri Ağayeva Xəyalə və məktəb kollektivi iştirak edirdilər Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xəyalə Ağayeva layihənin məqsəd və vəzifələri eyni zamanda qarşıda duran əsas vəzifələr, görüləcək işlər barədə ətrafli məlumat verdi.

Daha sonra layihənin eksperti Ramil Süleymanov çıxış edərək layihə zamanı şagirdlərin əldə edəcək bilgilər və STEAM texnologiyalarının təhsilimizə verdiyi böyük tövhə haqqında məlumat verdi.

Daha sonra məktəbin direktoru Murad Zeynalov çıxış edərək, bu layihənin məktəb üçün xüsusi əhəmiyyətini açıqladı. Daha sonra ümumi tədbir iştirakçılarının fikri ilə davam etdi.