Gimnaziyada yoluxma: Ənənəvi tədris dayandırıldı

183

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Sosialmedia.az bildirir ki, Nazirlikdən Axar.az-a bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsilin distant formada davam etdirilməsinə qərar verilib.

Belə ki, gimnaziyada tədris bu gündən etibarən 14 gün müddətinə məsafədən təşkil ediləcək.