Görüşlər başlayır: Bakı və İrəvan bunu müzakirə edəcək

166

Paşinyanın bütün səs-küylü bəyanatlarına baxmayaraq, onun Putinlə görüşündən 2 nəticə çıxarmaq olar: 1. Ermənistan Azərbaycanla tamhəcmli sülh müqaviləsinə hazırlaşmalıdır; 2. İrəvan Zəngəzur dəhlizinin açılmasını tezləşdirməlidir.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov danışıb.

“10 noyabr və 11 yanvar tarixli bəyanatlarda tranzit yollarının, yəni dəhlizlərin açılması məsələləri müzakirə olunurdu. Ermənistan tərəfi “dəhliz” sözünə ehtiyatla yanaşır, sanki bunu ağızlarına almağa qorxurlar. Bəs Azərbaycan “dəhliz” sözünü deməklə nəyi göstərmək istəyir?

Bakı “dəhliz” sözünü dilə gətirməklə Laçın dəhlizinin ermənilər üçün istifadəyə verildiyini vurğulayır. Bu dəhliz müvəqqəti olaraq İrəvanla Azərbaycan ərazisindəki ermənilərin əlaqəsini təmin etmək üçün Ermənistana verilmişdir. Azərbaycanın eyni tipli dəhlizin verilməsində təkid edəcəyi məntiqlidir.

Putinin bəyanatları və Ermənistan tərəfinin çıxışları göstərdi ki, Ermənistan bu məsələdə Azərbaycanla kompromis axtaracaq. Yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin fəallaşacağı proqnozlaşdırılır. Hətta yaxın vaxtlarda Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşünün təşkil edilməsi barədə danışıqlar var”, – Hüseynov qeyd edib.

Ekspertin sözlərinə görə, 3 dini liderin Moskvadakı görüşü ayrıca maraq doğurur:

“Görüş zamanı aydın şəkildə deyildi ki, Qarabağ erməniləri üçün heç bir status nəzərdə tutulmayıb, onlar Azərbaycan vətəndaşları olacaq. Məncə, dini liderlərin görüşü artıq bir ildir havada qalan bəzi məsələləri tərpətməyə imkan verəcək. Qarşıda bizi çox maraqlı bir dövr gözləyir. Növbəti ay çox aktiv keçəcək”.