Müəllim dərs zamanı dünyasını dəyişdi

200

Sosial şəbəkələrdə Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılovanın dərs zamanı dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb.

Sosialmedia.az bildirir ki, 89 nömrəli orta məktəbdən Axar.az-a bildirilib ki, hadisə dərs zamanı baş verməyib.

“65 yaşlı Maisə İsmayılova oktyabrın 11-də səhər saatlarında dərs başlamamışdan əvvəl ürəktutmasından dünyasını dəyişib. M.İsmayılovanın ürəyində problem vardı. Hər zaman yanında dərman gəzdirirdi”, – məlumatda qeyd edilib.