Paytaxtın bu rayonunda su olmayacaq

176

Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 15 oktyabr 2021-ci il tarixində gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərsu ASC məlumat yayıb.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.