Zəngilanda narkoticarət üçün tunel… – Politoloq

188

İran Azərbaycan ərazisinə narkotik vasitələrin həm satış, həm də tranzit məqsədi ilə keçirilməsi cəhdində birinci yerdə gəlir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasında İran və Ermənistanın narkoticarəti haqda fikirlərinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, İran Qarabağ ərazisindən həm narkotik yüklərin daşınması, həm də çirkli pulların yuyulması üçün istifadə edirdi:

“Təsadüfi deyil ki, Qarabağın işğaldan azad olunmasına ən neqativ reaksiya göstərən ölkələrdən biri, bəlkə də birincisi İran oldu. Bizim dövlətin əlində bununla bağlı kifayət qədər faktlar var. Ölkə rəhbərinin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladığımızı deməsi məhz dövlətimizin əlində olan faktlara əsaslanır. Biz Zəngilan rayonu ərazisində də narkotranzit üçün istifadə edildiyi ehtimal olunan tunel aşkarlamışıq. Bütün bunları vaxtında açıqlamamaqla İrana mehriban qonşuluq və dostluq jesti etdik. Ancaq İran bunu dəyərləndirmədi. İranın Qarabağdan çirkli pulları yumaq üçün platforma kimi istifadə etməsi, müharibə vaxtı Azərbaycan Ordusunu və texnikasını müasir radar sistemləri ilə izləyib, Ermənistan ordu qərargahına ötürməsi, Xudafərin ətrafında Ordumuzun irəliləyişini dayandırıb, bir gün vaxt itkisinə məruz qoyması, nəhayət, Bakıya qarşı hərbi ritorikası səbri daşıran faktlar oldu. İndi isə narkotrafik marşrutunun faş edilməsini biz İranın düşmənçilik siyasətinə cavab da hesab edə bilərik”.