Britaniya səfiri Azərbaycanı təbrik etdi – Video

140

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib.

Sosialmedia.az xəbər verir ki, səfir Şarp bu barədə rəsmi Tvitter səhifəsində paylaşım edib.

“18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan Müstəqilliyinin Bərpasının 30-cu ildönümünü qeyd edir. Öz tarixində yeni səhifə açır. Böyük Britaniya və Azərbaycan arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur. Biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”, – səfir bildirib.