Deputat Fəzail Ağamalı Salyan rayonunda Qazi Əliqi Fərid Zeynal ilə görüşdü – FOTOLAR

365

Oktyabrın 19 – da Milli Məclisin Deputatı Fəzail Ağamalı Vətən Müharibəsi zamanı igidlik göstərərək sağlamlığını itirən Salyan rayon Qarabağlı kənd sakini Əliqi Fərid Zeynal oğlu ilə görüşüb. Görüşdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, qazinin yaxınları iştirak edib.

Vətən Savaşı iştrakçısı Fərid Əliqinin problemləri ilə maraqlanan Milli Məclisin deputatı Fəzail Ağamalı onların həlli istiqamətində işlərin aparılması üçün köməkçisi Xidmət Orucova müəyyən tapşırıqlar verdi.

Qazi Fərid Əliqi Millət Vəkili Fəzail Ağamalı ilə görüşdən məmnunluğunu bildirdi. Fəzail Ağamalı Şəhid qazi ailələrinin ölkə başçımız Cənab İlham Əliyevin və I Vitse – Prezidentimiz Mehriban Xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarından, torpaqlarımızın işğaldan azad olunması uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsinin anılacağından, qazilərimizin xidmətlərinin unudulmayacağından danışdı.