Hafiz Hacıyev koronaya yoluxdu, vəziyyəti ağırdır

159

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.

Sosialmedia.az Unikal.org-a istinadən xəbər verir ki, hazırda partiya sədrinin vəziyyəti ağırdır.

Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.