DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi

162

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan hərbi qulluqçusu dəfn olunub.

Sosialmedia.az xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) çavuş Əhmədov Tural Əkrəm oğlunun nəşi doğulduğu Lerik rayonunun Ambu kəndində torpağa tapşırılıb.

Mərasimdə rayonu rəsmiləri, hüquq-mühafizə orqanları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimi mərhumun evində keçirilib, ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, T.Əhmədov 2000-ci ildə Lerik rayonunun Amdu kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb. Xidmətini başa vurduqdan sonra orduda müddətdən artıq xidmətə başlayıb. Noyabrın 4-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.

Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!