Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək

142

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.

Sosialmedia.az Report-a istinadən xəbər verir k, aksiya Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.