Qəzada ölən polis Avropa çempionudur

179

Gəncə şəhərində yol qəzasında dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə Avropa və Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub.

Sosialmedia.az xəbər verir ki, o, mühafizə polisində işləyib.

Məlumat üçün bildirək ki, bir neçə saat bundan öncə Müseyib Bağırov küçəsində “Fiat” markalı avtomobilinin mağazaya çırpılması nəticəsində dünyasını dəyişən R.Əliyevlə yanaşı digər polis əməkdaşı Emin Əliyev yaralanıb.