Türkiyə MN Azərbaycana başsağlığı verdi

164

Kədərlə Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qardaş Azərbaycanda qəzaya uğraması xəbərini öyrəndik.

Sosialmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

“Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbir diləyirik”, – məlumatda bildirilir.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.