Pul tökdük, Brüssel görüşü hazırladıq, Putin məhv etdi…

127

Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi – 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyev ilə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi.

Sosialmedia.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Ambarsum Kabanyan deyib.

Onun sözlərinə əsasən, bu plandan heç kəsin xəbəri yox idi – məxfiçilik qoruna bilmədi.

“Kreml hər şeyi anladı və Soçi üçtərəfli görüşünü təşkil etdi. Soçidə isə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşıyacaq bir protokol görüşünə çevrildi. İrəvan bundan güclü zərbə ala bilməzdi. Maraqlısı da odur ki, Soçi görüşündə ictimayətləşdirilməyən bir neçə məqam da öz həllini tapıb. Sözsüz ki, Bakı lehinə.

İndi dediklərim Ermənistan ictimayəti tərəfindən birmənalı qarşılanmasa da, deyəcəm: Günah Paşinyanda deyil. Onun yerində kim olsaydı, eynilə hərəkət edərdi. İnanın ki, bu həqiqətdir”, – deyə erməni ekspert qeyd edib.