Sumqayıtda 24 yaşlı qız dəm qazından zəhərləndi

185

Sumqayıtda zəhərlənmə hadisəsi baş verib.

Sosialmedia.az “Report”a istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü Məmmədova Yeganə Əlixan qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.