Vərəm haqqında maarifləndirici təlim keçirilib – FOTO

138

Bu gün Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Vərəm Proqramı TB REP 2.0 proqramı çərçivəsində “Vərəm haqqında maarifləndirici təlim” keçirilib.

Sosialmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Vərəm Əleyinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı bildirib ki,
təlimdə vərəm, onun profilaktikası, diaqnostikası, müalicəsi, Vərəm və İİV/QİÇS, dünyada və ölkəmizdə vərəmlə bağlı vəziyyət kimi bir çox mövzularda toxunulacaq. E. Muxtarlı qeyd edib ki, cəmiyyətdə vərəmli, eləcə də İİV-lə yaşayan insanlara qarşı güclü damğalanmanı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin bilik və bacarıqlarının artırılmasının stiqmanın qarşısının alınmasında vacib rol oyanacağına inanırıq.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin laboratoriya müdiri Dr.Rasim Tahirli, Milli Vərəm Proqramının müalicə işləri üzrə nəzarətçisi, MVP nəzdində təlim mərkəzinin təlimçisi, ETACXİ, həkimi Dr.Aysel Aslanova və “Sağlamlığa Xidmət” İctimai birliyinin sədri Elçin Muxtarlı təqdimatlarla çıxış ediblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.