“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrasına başlanılıb

92

Sosialmedia.az xəbər verir ki, “Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrasına başlanııb.

Təhsil Nazirliyi tərəfindən elan olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrasına başlanılıb.

Layihə rəhbəri Samirə Əmrahovanın sözlərinə görə layihənin  əsas məqsədi    yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.

   Qeyd edək ki, layihə Azərbaycan Respublikası5 Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

 Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.