Vətən müharibəsi iştirakçısı qəfil öldü

112

Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib.

Sosialmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb.

O bildirib ki, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib:

“Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib”.

Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.