Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

238

Bölmə: Sosial › ,
Tarix: 13:04 09.12.2021

Dekabrın 6-da Mədəniyyət Nazirliyi yanda İctima Şuranın növbəti görüşü keçirilib.

İctimai Şuranın sədri Gəray Əlibəyov bildirib ki, görüşün keçirilməsində məqsəd İctimai Şura yanında İşci qrupun işinin müəyyən olunmasından ibarətdir. Qeyd edilib ki, “Ustad dərsləri” işçi qrupu və mədəni irsimizin tədqiqatçılarından ibarət işçi qrupu formalaşdırılacaqdır. “Ustad dərsləri” işçi qrupunun rəhbəri respublikanın əməkdar artisti Azad Şükürov təyin olunub. “Ustad dərsləri” işçi qrupunun üzvləri İctimai Şuranın sədri Gəray Əlibəyov, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin müəlimi, muğam ustası Sabir Abdullayev, Respublikanın əməkdar artisti İlqar Cahangir, İctimai Şuranın üzvləri Nəsibova Bəsti, Abdullayeva Cəmilə seçilib.

Azad Şükürov “Ustad dərsləri” işçi qrupunun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib. Bölgələrdə yaşayan gənclərin rəssamlıq, aktyorluq və musiqi sahəsində istedadlı olduğuna diqqət çəkərək yeni yaradılan içi qrupun regionlarda fəaliyyətinin müsbət nəticələrə səbəb olacağına diqqət çəkib. Qeyd edilib ki, işçi qrupu regionlara səfər etməli, gənclərin iştirakı ilə kiçik səhnəciklərə, konsert proqramlarına baxmalıdırlar. Bölgələrdə yaşayan istedadlı gənclərə istiqamət vermək lazımdır, onların əksəriyyəti qabiliyyət imtahanını necə verməli olduqlarını bilmirlər.

Əməkdar artist İlqar Cahangir də çıxışı zamanı bölgələrdə dərslərin və görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, regionlara səfəri zamanı ona yaxınlaşıb aktyor olmaq istədiyini deyən gənclə söhbət edib və onun istedadını gördükdən sonra yardımçı olub. Onun gəncə tövsiyəsi və istiqamət verməsi nəticəsində indi həmin gənc Mədəniyyət və İncəsənət Universitetində oxuyur. İlqar Cahangir bildirib ki, bacarıqlı gənclərə bu formada yol göstərməklə onlara istedadlarının üzə çıxarılması üçün yardımçı ola bilərik.

Sonra mədəni irsimizin tədqiqatçılarından formalaşan işçi qrupu formalaşdırıldı. Mədəni irsimizin tədqiqatçılarından formalaşan işçi qrupuna sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli rəhbər təyin olundu. Mədəni irsimizin tədqiqatçılarından formalaşan işçi qrupunun üzvləri Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva, “Miras” İB-nin sədri Şəhla Xəlili, Tarix elmləri namizədi Akif Məmmədli, İctimai Şuranın üzvü Şahin Qədirov təmsil etdikləri işçi qrupunun gələcək fəaliyyəti və nəzərdə tutulan işləri haqqında məlumat veriblər.