Baş Prokurorluqda kadr dəyişikliyi olub

229

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Sosialmedia.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib