“Xocəsən” deposu nə vaxt təhvil veriləcək?

103

“Xocəsən” deposunda qatarların hərəkətinə nəzarət üçün inşa edilən beşmərtəbəli mərkəzləşdirilmiş məntəqənin inşası tamamlanmaq üzrədir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Xocəsən qəsəbəsində yerləşən depoda qatarların təmiri, texniki baxışı üçün ən vacib olan infrastruktur qurulacaq və bu işlərin tərkib hissəsi olaraq həmin ərazidə “Bakmil” kimi yerüstü stansiyanın inşası nəzərdə tutulub. “Bakmil”dən fərqli olaraq, xəttin ortasında deyil, sonunda yerləşdiyindən, o stansiyanın inşası daha sürətlidir və hərəkətin təşkili baxımından daha münasibdir. Artıq depoda gecə növbəsi də fəaliyyətə başlayıb.
Elektrik yarımstansiyasının qurulması istiqamətində işlər planlaşdırılmış qaydada davam edir. Deponun istifadəyə verilməsi üçün ilk növbədə texniki baxış, qulluq, xidmət çox vacibdir. Həmin işlər sürətlə davam etdirilir. Əgər pandemiya kimi hər hansı qeyri-adi maneələr olmasa, bu stansiyanın bu ilin sonuna təhvil verilməsi nəzərdə tutulur”, – deyə B.Məmmədov bildirib.