Hərbi qulluqçumuz həlak oldu

142

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır” – məlumatda bildirilib