Polis əməliyyat keçirdi: 10 silah götürüldü

172

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.