QHT qazilər üçün səyahətlər təşkil edəcək

139

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini icra edəcək.

Layihə 3 ay, fevral-may aylarında icra olunacaq. Layihə Vətən müharibəsində iştirak edən qazilərə psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət edir. Qeyd edək ki, onların cəmiyyətə adaptasiya olunaraq gərəkli fərd olmaları üçün belə tədbirlərin təşkili önəmlidir. Layihənin məqsədi Vətən müharibəsində iştirak edən qazilərə psixoloji dəstək olaraq, onların cəmiyyətə inteqrasiyasına yardımçı olmaq, aktivliklərini artırmaq və diqqətləri onların üzərinə yönəltməkdir. Həssas qrupların da ictimai işlərə cəlb olunması, iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına aiddir. Məqsədlərə çatmaq üçün yerinə yetiriləcək vəzifələrə bunlardır-Vətən müharibəsində iştirak edən qazilərə üçün Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili:

1. İsmayıllı. Görməli və tarixi yerləri gəzmək və psixoloji söhbətlər.

2.Bakı şəhərində olan tarixi yerlərə səyahət və psixoloji söhbətlər.
“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində gəzintilərdə səhər ,günorta yeməyi və çay-kofe, şiriniyyat stolu düzənlənəcək.