Xızı rayonunda Xocalı Soyqırımının 30-cu il dönümü ilə bağlı tədbir keçirildi

4017

02.03.2022-ci il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 30-cu il dönümü ilə bağlı tədbir keçirildi.

Sosialmedia.az xəbər verir ki, “Əlillliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri, layihə rəhbəri Səbinə Kərimova qeyd etdi ki, bu il Xocalı soyqırımının 30-cu il dönümüdür və bununla bağlı ölkəmizdə bir çox tədbirlər həyata keçirilir. Artıq bu bizim Xocalı soyqırımı ilə bağlı ikinci tədbirimizdir . İlk tədbirimiz 18 fevral 2022-ci ildə Sumqayıt gəncləri ilə keçirildi artıq ikinci tədbirimiz Xızı rayon gəncləri ilə keçirilir.Bizim də layihəmzin əsas məqsədi 30 il qan yaddasımız olan Xocalı ilə bağlı regionlarda yaşayan yeniyetmə və gənclərə Xocalı soyqırımı hadisələri haqda ətraflı məlumat vermək və Xocalı faciəsini udulmaması üçün gənclər arasında təbiğatın aparılmasıdır.

30 il əvvəl Xocalı da baş vermiş bu faciə unudulmamalı və ermənilərin törətdikləri bu vəhşilik gənclərin beyninə həkk olunmalıdır. Xocalıda baş vermiş bu hadisə ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri ilə başladı. Keçmiş Dağlıq Qarabaq Muxtar vilayətində Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrildi və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşaiyət olundu. Bu münaqişələr sonunda daha böyük qanlı toqquşmaya yol açdı və bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı.. Bunun üçün biz keçmişi unutmamalıyıq. Tarix boyu ermənilərin xalqımıza qarşı törətdikləri terror davam etməkdədir.

Biz unutduqca onlar daha böyük cinayətlər törədir.Yeniyetmə və gənclər dünya arenasına inteqrasiya edəndə artıq Xocalı ilə bağlı yetərincə məlumatları olmalıdır ki, onlar bizim səsimizi dünyaya çatdırsınlar. Ona görə biz bu gün məhz bu təbliğatı yeniyetmə və gənclər arasında daha dərindən aparırıq.Çünki onlar bizim səsimizdir.Bu layihənin 4 ay müddətində Sumqayıt şəhəri və ətraf rayonlarda keçirilməsi nəzərdə tutulub deyə bildirdi.

Sonra Xızı rayon İdman və Gənclər İdarəsinin rəisi Kamran Quliyev iştiraçıları salamladı və bu tədbirin nə qədər önəmli olduğunu və Xocalı barədə gənclərin maarifləndirilməsini çox yüksək qiymətləndirdi. Gənclər bizim gələcəyimizdir və Xocalıda baş verən bu faciəni onlarda gələcək nəsilə ötürməli və ermənilərin törətdikləri bu terror əsla unudulmamalıdır deyə qeyd etdi.

Layihə eksperti, tarixçi Ramil Süleymanov gənclərə tarixdə baş vermiş hadisələrlə bağlı məlumat verdi.
Tədbirdə Eşimə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova və Vətən müharibəsi qaziləri Seymur Nəcəfli Xocalı soyqırımı ilə bağlı çıxış etdilər.
Sonra Xocalı bir millətin kədəridir filmi nümayiş olundu. Sonda müzakirələr çay süfrəsi arxasında davam etdirildi.