Qazaxda “İsrafil Ağa hamamı” adı ilə tanınan hamam Mədəniyyət Nazirliyinin balansına verildi

1977

Qazaxda “İsrafil Ağa hamamı” adı ilə tanınan hamam Nazirlər Kabinetinin sərəncamı ilə yerli əhəmiyyətli tarixi abidə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir Qazax rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat İdarəsinin balansında olan “İsrafil Ağa hamamı” adı ilə tanınan hamam Nazirlər Kabinetinin sərəncamı ilə yerli əhəmiyyətli tarixi abidə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir.

Hamamı Qazax diyarında tanınmış sahibkar İsrafil Ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib. Buna görə də hamam onun adı ilə tanınır. Tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisi həm də turizmin inkişafı üçün dəyərli abidədir. Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, baş məsləhətçi, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, baş məsləhətçi, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev təhvil-təslim prosesində iştirak etmişlər. Həmçinin, idarə rəisi Nurəddin Mehdiyev Qazaxda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Xəyal Nağıyev

Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi