Bu gün 22 mindən çox şagird buraxılış imtahanı verəcək

208

Dövlət İmtahan Mərkəzi bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Sosialmedia.az bildirir ki, Mərkəzdən verilən məlumata görə, imtahanlar 30 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlayacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Xatırladaq ki, bu gün və sabah imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3 620 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 586 imtahan rəhbəri, 4 506 nəzarətçi-müəllim, 442 buraxılışı rejimi əməkdaşı (mühafizə), 216 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanlarda 22 902 şagirdin iştirakı nəzərdə tutulur.