Uşaqlar arasında yayılan xəstəlik… – Pediatr

236

Son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir.

Sosialmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, xəstəxanaya müraciət edən uşaqlar müayinə olunur və rotavirus olması aşkarlanırsa, onlara uyğun müalicə yazılır:

“Hazırda bu hallar epidemiya şəklindədir və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirirlər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər davam edə bilər”.