7 saylı doğum evinin baş həkimi işdən çıxarıldı

166

7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli vəzifəsindən azad edilib.

Sosialmedia.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

V.Qurbanovun digər əmri ilə, doğum evinin baş həkimi vəzifəsinə Səadət Şəmiyeva təyinat alıb.

Qeyd edək ki, işdən çıxarılan Leyla Seyidbəyli 2012-ci ilə qədər Bakı şəhər Səhiyyə İdarəsinin rəisi, 2012-ci ildən 2018-ci ilədək isə Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsində çalışıb.