Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

196

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.