İTV-yə baş direktor seçildi

195

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Sosialmedia.az xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq, səsvermənin yekun nəticələrinə əsasən, Balakişi Ələkbər oğlu Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü.

Onlar aşağıdakılardır: Rəşad Barat oğlu Nəsirov, Tural Sahib oğlu Məmmədzadə, Anar Bəybala oğlu Həsənov, Təranə Süleyman qızı Abbasova, Balakişi Ələkbər oğlu Qasımov, Ədalət İsaxan oğlu Əliyev, Üzeyir Əli oğlu Əlizadə, Anar Əlişah oğlu Nağıyev.