Bu uşaqlara 300 manat müavinət veriləcək

491

Milli Məclisdə dövlət büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Sosialmedia.az xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quluyev təqdim edib.

“Birinci oxunuşda bu barədə məlumat verdiyim üçün məsələlərə dərindən toxunmuram. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 299 milyon 500 min manat artırılacaq. Bu məbləğin böyük hissəsi Prezidentin sərəncamı ilə aztəminatlı ailələrin rifahına yönəldiləcək. Bundan əlavə, yeni doğulan uşaqlarla bağlı müavinət 200 manatdan 300 manata qaldırılıb və bu sahəyə əlavə 4 milyon manat ayrılacaq. Layihənin mahiyyətinə dəyişiklik edilməyib. Mən həmkarlarımı sənədi müdafiə etməyə çağırıram”.