Cənab Prezident, həyəcan təbili çalırıq!

166

Sosialmedia.az xəbər verir ki, müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı öz feyzbuk səhifəsindən Prezident İlham Əliyevə müraciət edib.

Müraciəti olduğu kimi dərc edirik:

Əsgərlərin həlak olması, intiharları, qazilərin intihar zənciri, yaşayışı kasıblıqdan da aşağı olub, dağılan ailələr, milli- mənəvi dəyərlərin məhv olması, əxlaqsızlığın təbliği, qiymətlərin hər gün iri addımlarla artması, bankların soyğunçuluğu, məhkəmələrin asılılığı, bütün məmur ordusunun xalqa qarşı sayğısızlığı , qətllər, cənab Prezident, Müzəffər ordunun Ali Baş Komandanı, çox düşündürücü və qorxuncdur.Həyəcan təbili çalırıq.

Qəti addımlar atın. Çünki düşmənlərimiz zəif yerlərimizdən vururlar. Amandı, dövlətimiz yenə sınaqla üz-üzədir. İnsanların yaşayışını, dolanışığını düşünün.

Qəbul etdiyiniz qərarlar işləmir.Kağız üzərində qalır.Fərqində deyilsiz???