Əkin və məhsul subsidiyalarının məbləği artırıldı

272

Aqrar Subsidiya Şurası 2022-ci il üzrə əkin və məhsul subsidiyalarının məbləğini artırıb.

Sosialmedia.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 22 iyul 2022-ci il tarixli iclasında mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə 2022-ci il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının artımı və yekun əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:

Bitki növləri

Aqrar Subsidiya Şurasının 30 avqust 2021-ci il qərarı ilə təsdiqlənən

Əkin subsidiyasının artımı (manat/ha)

Yekun əkin əmsalı

Yekun əkin subsidiyası (manat/ha)

əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

Əsas əkinlər

Buğda

1,05

210

80

1.45

290

Arpa

1,05

210

68

1.39

278

Covdar

1,05

210

68

1.39

278

Tritikale

1,05

210

68

1.39

278

Baş soğan

1,3

260

70

1.65

330

Kələm

1,3

260

50

1.55

310

Sarımsaq

1,3

260

50

1.55

310

Kartof

1,4

280

80

1.8

360

Təkrar əkinlər

0.43

86

24

0.55

110

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyasının artımı və yekun məhsul subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:

Bitki növləri

Aqrar Subsidiya Şurasının 30 avqust 2021-ci il qərarı ilə təsdiqlənən

Məhsul subsidiyasının artımı

(manat/ton)

Yekun məhsul əmsalı

Yekun məhsul subsidiyası (manat/ton)

Məhsul əmsalı

Məhsul subsidiyasının məbləği (manat/ton)

Pambıq

0,85

170

14

0.92

184

Tütün:

Virciniya sortu, yaş

0,13

26

4

0.15

30

digərləri: quru

0,9

180

30

1.05

210

yaş

0,09

18

3

0.105

21

Şəkər çuğunduru

0,06

12

4

0.08

16

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci il üzrə intensiv fındıq, nar, zeytun, limon, kinkan, naringi və portağal bağlarının, habelə şabalıd və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün verilən (bir dəfəyə məxsus) əkin subsidiyası 2021-ci ilin sentyabrın 1-dən salınmış və EKTİS-də ilk dəfə bəyan edilmiş bağlara şamil edilib.