Azərbaycan nefti neçəyə satılır?

418

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Sosialmedia.az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 2,82 ABŞ dolları və ya 2,6% artaraq, 112,78 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.